Konfrans Liqası: Klublarımızın potensial rəqibləri müəyyənləşib

24.07.2023 16:23 294
Konfrans Liqası
Klublarımızın Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

"Football-plus.az" xəbər verir ki, "Sabah" 2-ci raundda Latviyanın RFŞ komandasını keçsə, Serbiya "Partizan"ı ilə qarşılaşacaq.

"Neftçi" 2-ci təsnifat mərhələsində Bosniya və Herseqovina "Jelezniçar"ını mübarizədən kənarlaşdırsa, “Beşiktaş” (Türkiyə) – “Tirana” (Albaniya) cütünün güclüsü ilə üz-üzə gələcək.

Nəhayət, "Qəbələ" Kipr "Omoniya"sını məğlub etsə, 3-cü raundda "Midtullan" (Danimarka) – “Proqres” (Lüksemburq) cütünün qalibinə rəqib olacaq.

Qeyd edək ki, 3-cü təsnifat mərhələsinin oyunları 10-17 avqustda baş tutacaq. "Sabah" və "Qəbələ" ilk matçlarını evdə, "Neftçi" isə səfərdə keçirəcək.