 
“Turan Tovuz” Misli premyer-liqasında ilk böyükhesablı qələbəsini qazanıb. Debütantın ilk uğuru 33-cü tura təsadüf edib. Ayxan Abbasovun yetirmələri “Neftçi”ni 4:0 hesabı ilə məğlubiyyətə uğradıb. Tovuz klubu həm də ilk dəfə bir matçda 4 qol vurub.
"Football-plus.az" xəbər verir ki, bu görüşdə 3 qola imza atan Runi Eva het-trik edib. O, “Turan Tovuz”un tarixinə premyer-liqada ilk het-trikin müəllifi kimi düşüb.
Runi həm də Azərbaycan çempionatları tarixində bir oyunda 3 qol vuran ilk kamerunludur. O, Afrika qitəsindən olan legionerlərin 8-ci het-trikinə imza atıb. Runiyə qədər 6 afrikalı 7 matçda hərəyə üç qol vurub. Əhməd Ticani iki, digərləri bir het-trikə sevinib.
Qeyd edək ki, cari mövsümdə ikinci dəfə bir futbolçu matçda 3 qol vurub. Runiyə qədər buna Emin Mahmudov nail olub. “Neftçi”nin üzvü “Səbail”lə 25-ci turun qarşılaşmasında het-trik edib.