• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Bezus “qırmızı-qaralar”ın gününü qara etdi - REPORTAJ

Reportaj / Konfrans Liqası

29-07-2023, 15:0

"Qəbələ" doğma meydanda Cənubi Kiprin ən titullu klublarından olan "Omoniya" ilə qarşılaşırdı. Bu, Elmar Baxşıyevin komandasının yeni mövsümdə ilk rəsmi matçı idi.

"Football-plus.az" xəbər verir ki, "qırmızı-qaralar"ın yay fasiləsində keçirdiyi məshuldar Türkiyə toplanışı ümidləri artırmışdı. Çalışdırıcı oyundan bir gün öncə qəzetimizə açıqlamasında da futbolçularına inandığını demişdi. “Omoniya”nın “Qəbələ”yə nisbətən daha zəngin avrokubok təcrübəsinə və formalaşmış heyətə malik olması, təmsilçimizin heyətindəki yeniliklər qarşılaşmanın çox gərgin keçəcəyindən xəbər verirdi…

Matça fəal başlayan meydan sahibləri az sonra azarkeşləri ayağa qaldırdı. Osama rəqiblə mübarizədən qalib ayrılaraq Hanini “gördü”. Omarın dərhal Allaşa göndərdiyi top isə ikincinin dəqiq zərbəsiylə Fabionun qoruduğu qapıdan keçdi. İlk hissənin gedişində hər iki komandanın hücumları təhlükəli alınırdı. Hətta "qırmızı-qaralar" qoldan 20 dəqiqə sonra fərqi artırmağa çox yaxınlaşdı. Bunun üçün Xalaylanın Haninin ötürməsini daha diqqətli dəyərləndirməsi lazım idi. Bir qədər sonra Ayzaya “çərçivə”ni dəqiq nişan ala bilmədisə, ikinci epizodda qapı tiri "Omoniya"nı xilas etdi. Hissənin üçdəikisi "Qəbələ"nin aşkar üstünlüyü şəraitində keçdi. Rəqib varlığını hiss etdirməyə gec başladı. Meydanda söz sahibi olmağa çalışan qonaqlar topa daha çox yiyələnməyə və təhükəli vəziyyətlərin sayını artırmağa çalışırdı. İlk hissəsin sonlarında onların aqressivliyi son həddə çatdı. Hətta Avqustinin köməkçisi referinin qəzəbinə tuş gəldi. Bentoya Mikel hakimə narazılıq etdiyinə görə sarı vərəqə aldı. Bəhs edilən zaman kəsiyində Xalaylanın və Ülvinin "çərçivə"yə düşmək cəhdləri də faydasız oldu. "Omoniya" isə 45+1-ci dəqiqədə istəyinə çatdı. Qol vurmaq üçün fürsət axtaran rəqib Muradın kobud müdaxiləsi ilə yerdə qaldı ki, bu, Çivuletenin diqqətindən qaçmadı. Və "qırmızı-qaralar"ın qapısına cərimə zərbəsi təyin olundu. Topun arxasına keçən Bezus uzaqdan zərbə ilə hesabı bərabərləşdirdi. Bu epizodda Atanqana da inamsız oynadı.

İkinci hissənin daha baxımlı keçdiyini demək mümkündü. İlk dəqiqələrdə hücumu zərbə ilə tamamlamaq istəyən Loizu Emil Səfərovun kobudluğuna məruz qaldı. Ruminiyalı referi dərhal “Qəbələ”nin qapısına cərimə zərbəsi təyin etdi. Bezus yenə topun arxasına keçdi və 50-ci dəqiqədə dublunu rəsmiləşdirdi. Etiraf etmək lazımdı ki, onun zərbəsini qaytarmaq üçün Atanqanadan daha səviyyəli qapıçıya ehtiyac var idi... Daha sonra Allaşın dubl cəhdi boşa çıxdı. Səfərov topu “çərçivə”yə göndərərkən isə qapı tiri yenə baş rolda idi. “Qəbələ”nin bəxti gətirməyən zamanda Bezusun het-trik arzusu puç oldu. Topu ələ keçirən “qırmızı-qaralar” dərhal hücuma keçdilər. Xoşbəxtlikdən, demək olar ki, ilk qolun ssenarisi təkrarlandı. Omarın ötürməsini qəbul edən Allaş Lanqı ustalıqla aldadaraq topu qapıya göndərdi – 2:2.
65-ci dəqiqədən sonra “Qəbələ” ilk hissədəki dinamikliyini qismən bərpa etdi. Təkbaşına meydanı yarılayan Lukas qapını nişan aldı. Talesizlikdən bu cəhd də uğursuz oldu. Sonrakı epizodda Lukas Bezusun ara ötürməsinin qarşısını kəsdi. Bu an Çivulete Murad Musayevin rəqibə qarşı kobudluğuna görə penaltı təyin etdi. Bezus üçüncü dəfə standart vəziyyəti dəqiq dəyərləndirərək het-trikə imza atdı. Halbuki hakimin qərarı kökündən yalnış idi. Tərəfkeş referinin qərəzli addımı oyunun taleyini rəqibin xeyrinə həll etdi. Xatırladaq ki, oxşar epizod rəqibin qapısı önündə yaşansa da, hakim matçı davam etdirmişdi. Qol vurmağa yaxın olan Allaş isə rəqibin müdaxiləsi ilə yerə yıxıldığı halda sarı vərəqə görmüşdü. Acı olsa da, reallıq budu ki, “Omoniya” 2-ci yarıda “qırmızı-qaralar”dan daha yaxşı təsir bağışladı. Oyun əsasən “Qəbələ”nin qapısı önündə keçirdi. Qonaqlar rəqibi hər iki cinahdan sıxışdırıb mərkəzə ötürmələrlə qol vəziyyəti yaradırdı. Sonuncu təhlükəli vəziyyət də “Qəbələ”nin qapısı önündə yaşandı. Atanqananın sayıqlığı sayəsində Bezus dördüncü qolun sevincini yaşaya bilmədi. Oyuna əlavə edilən 4 dəqiqədə qol epizodu yaşanmadı və görüş qonaqların qələbəsiylə bitdi.

Gözdən qaçmadı

* Qəbələ stadionunda əsl futbol ab-havası hiss olunsa da, şəhərdə əhval-ruhiyyə aşağı idi.
* 20.00-a təyin edilən oyun 3 dəqiqə gec başladı
* Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, gənclər və idman naziri Fərid Qayıbov, Qəbələnin icra başçısı Səbuhi Abdullayev, AFFA İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov və AFFA-nın seleksiyaçısı İlqar Qurbanov matçı stadiondan izləyirdi.
* Qəbələdə toplanışda olan “Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov da stadionda idi.
* “Omoniya”nı Cənubi Kiprdən gələn təxminən 25 azarkeş dəstəkləyirdi. Daha dəqiq desək, onlar oyunboyu səs çıxarmadılar. Məhz qələbə rəsmiləşəndən sonra şüarlar səsləndirdilər. Yeri gəlmişkən, qonaq tərəfdarlar Kuba inqilabının liderlərindən olan Çe Gevaranın portretini asmışdılar.
* “Red Black Army” fanklubu “Qəbələ”ni son ana qədər tək qoymadı. “Qəbələ”, sən bizim qürurumuzsan!”, “Qəbələ”, qələbə” kimi şüarlarla çıxış etdilər. Onlar birinci şüarı məğlubiyyətdən sonra da dəfələrlə təkrarladılar.
* Stadiona o qədər çox azarkeş gəlmişdi ki, hətta 200-ə yaxın qəbələli matçı ayaqüstə izlədi. Stadiona buraxılmayanların sayı da az deyildi.
* Matç bitəndən sonra tribunalar zibillə dolu idi. Sərinləşdirici içki qutuları, tum qabıqları, “cips” paketləri demək olar ki, bütün oturacaqlara səpələnmişdi.

Maraqlıdı…

“Qəbələ” srağagünə qədər avrokuboklarda keçirdiyi 40 oyunun 11-də qalib gəlmiş, 7-də heç-heçə etmiş, 22-də uduzmuşdu. Top fərqi isə 39-60 idi. Allaş “qırmızı-qaralar”ın qol sayını 40-a çatdırdı. Hazırda hesabında 41 top olan bölgə təmilçisi avrokuboklarda məhsuldarlığa görə yalnız “Qarabağ” (182), “Neftçi” (91) və “Şamaxı”dan (45) geri qalır.

Paylaş:
Digər xəbərlər

Konfrans Liqası

25-07-2023, 14:0

Öncə Baxşıyev, daha sonra Avqusti

Dünya futbolu

15-07-2023, 23:0

“Qəbələ”nin rəqibi Polşa klubunu məğlub etdi

Konfrans Liqası

26-07-2023, 17:0

"Qəbələ" "Omoniya" ilə oyunlar üçün 26 futbolçu sifariş etdi

Konfrans Liqası

22-07-2023, 13:0

"Biz “Omoniya”yıq, bunu dəfələrlə göstərmişik"

Ölkə futbolu

12-07-2023, 19:0

"Qəbələ" ilk yoxlama oyununda qələbə qazandı

Aktual
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
“Mingəçevir” Ramiz Məmmədovla bağlı qərar verdi – uğursuz mütəxəssislə yollar ayrılacaq?
“İmişli” jurnalistlər üçün müsabiqə elan etdi, ara qarışdı
“Fikrimcə, işi pley-offa saxlamaq olmazdı” - komandadan göndərilən kapitan
Son xəbərlər
  • Bu gün, 01:06
    Kanada ilə Bosniya və Hersoqovina “sülh”ə razılaşdı - DÇ gecəsi
  • Dünən, 23:59
    Yenə B seriyasında işləyəcək
  • Dünən, 23:30
    Berqamonu tərk etdi
  • Dünən, 23:09
    “Kayzerslautern”də qalır, ya gedir? - Mahirin anasından açıqlama
  • Dünən, 22:53
    Reşfordun yolu haradı?
  • Dünən, 22:20
    Mourinyonun təyinatı rəsmiləşdi
  • Dünən, 22:05
    “Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
  • Dünən, 21:23
    Argentina yığmasında zəruri dəyişiklik
  • Dünən, 20:44
    Açılış günü həyatını itirdi...
  • Dünən, 20:21
    Konqolular üzərindən qadağa götürüldü
  • Dünən, 19:43
    Bu gün meydana çıxa bilməyəcək
  • Dünən, 19:23
    Çempion oldu, müqaviləsi yeniləndi
  • Dünən, 19:05
    AFFA-da klub nümayəndələri ilə görüş keçirildi
  • Dünən, 18:40
    Boksçularımız Dünya kubokunda mübarizə aparacaq
  • Dünən, 18:03
    Əziz Yıldırımın Kocamanla bağlı şübhələri var...
  • Dünən, 17:56
    Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
  • Dünən, 17:30
    Marner: 6 dəqiqə 10 saniyəyə het-trik!
  • Dünən, 17:19
    Ən ucuz biletin qiyməti 9 min dollardı!
  • Dünən, 16:15
    Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
  • Dünən, 15:44
    “Mingəçevir” Ramiz Məmmədovla bağlı qərar verdi – uğursuz mütəxəssislə yollar ayrılacaq?
  • Dünən, 15:13
    "Karvan-Yevlax" növbəti ayrılıq
  • Dünən, 14:42
    “İmişli” jurnalistlər üçün müsabiqə elan etdi, ara qarışdı
  • Dünən, 14:25
    Avstraliya Türkiyə ilə oyundan öncə məşqçisini həvəsləndirdi
  • Dünən, 14:11
    “Fikrimcə, işi pley-offa saxlamaq olmazdı” - komandadan göndərilən kapitan
  • Dünən, 13:56
    “Kaşkilya hələ ki bizim baş məşqçimizdi” – “İmişli” nə edir?
  • Dünən, 13:45
    "Sumqayıt"ın futbolçusu əməliyyat olundu
  • Dünən, 13:19
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 13:18
    Murad Musayev "Şəfa"da
  • Dünən, 13:11
    Debütantda bu təyinat cəmi 8 gün davam etdi
  • Dünən, 12:52
    UEFA-dan ABŞ-yə buraxılmayan hakimə tarixi jest
  • Dünən, 11:49
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 10:37
    Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
  • Dünən, 10:26
    Çexiya mundiala məğlubiyyətlə başladı - DÇ səhəri
  • Dünən, 10:00
    Karyerasını başa vurdu
  • Dünən, 01:00
    Meksika inamlı qələbə qazandı - DÇ gecəsi
Daha çox
Oxunub: 499
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 207
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 200
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Oxunub: 195
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 175
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
Oxunub: 162
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə