"Football-plus.az" olaraq matçla bağlı "qırmızı-qaralar"ın futbolçusu Urfan Məmmədovun fikirlərini öyrəndik. Onun saytımıza dedikləri belə oldu:
"Növbəti oyuna qədər çatışmazlıqları aradan qaldırmağa çalışacağıq. Penalti epizodu hakimin səhv qərarı nəticəsində ortaya çıxdı. Orda hansısa qayda pozuntusu yox idi. Bilirik ki, “Omoniya”ya qalib gəlmək olar. Rəqibin çatışmazlıqlarına bələd olduq. İnşallah, yaxşı hazırlaşıb qələbə uğrunda mübarizə aparacağıq".
Qeyd edək ki, cavab oyunu avqustun 3-də, saat 21.00-da Cənubi Kiprdə baş tutacaq.
KƏNAN BAHADIR



