Ramilin komandası kuboku əldən verdi

5.08.2023 18:11 227
Dünya futbolu
Millimizin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi "Buriram Yunayted" Tailand Çempionlar Kuboku uğrunda matça çıxıb.

"Football-plus.az" xəbər verir ki, komanda “Banqkok Yunayted” ilə qarşılaşıb. Görüş "Buriram Yunayted"in 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Beləliklə, "Buriram Yunayted" kuboku əldən verib.

Ramil Şeydayev oyuna start heyətində daxil olub. Gücumçu sonadək mübarizə aparıb.

"Buriram Yunayted" - “Banqkok Yunayted” - 0:2

Qollar: Uillen Mota, 8, Mahmud Eid, 50