“Öndə olsaq, yerdə uzanıb vaxt keçirməyi düşünmürük“

2.08.2023 19:15 252
Manşet / Konfrans Liqası
Konfrans Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulacaq.

“Football-plus.az” xəbər verir ki, “Neftçi” “Jelezniçar”ı qəbul edəcək. Oyundan öncə təmsilçimizin kapitanı Emin Mahmudov mətbuat konfransında iştirak edib. Sizi onun fikirləri ilə tanış edirik:

“Baş məşqçinin dediyi kimi "Jelezniçar"ın necə oynadığını bilirik. Onları daha yaxından tanıdıq. Qələbə qazanmaq üçün öz oyunumuzu göstərməliyik”.


- "Qarabağ" "Qalatasaray"la, "Sabah" isə "Beşiktaş"la yoldaşlıq oyunu keçirdi. İndi isə "Neftçi"nin şansı var ki, rəsmi oyun üçün "Beşiktaş"ı Bakıya gətirsin. Bu, sizə motivasiya verir?
- Kiminlə oynayacağımız fərq etməz. Əsas "Jelezniçar"ı keçməkdi. Oyundan-oyuna fikirləşmək istəyirik.

- İlk oyunda rəqib hesabda öndə olarkən çox əsəbi idin. Sabah "Neftçi" önə keçsə, rəqib oyunçulara onların etdiyi kimi reaksiya verəcəksən?
- Biz öz oyunumuzu göstərməliyik. Onlara oyunumuzla cavab verməliyik. Öndə olsaq, yerdə uzanıb vaxt keçirməyi düşünmürük. Belə şeyləri xoşlamıram. Həmişə demişəm ki, normal oyun getməyi istəyirəm. Tempin aşağı olmasını xoşlamıram.