"Hər oyuna qələbə qazanmaq üçün çıxmalıyıq"

15.11.2022 20:17 351
Yığma / Manşet
Sabah millimiz Kişinyovda Moldovanın qonağı olacaq.

Beynəlxalq yoldaşlıq oyunu ərəfəsində təşkil olunmuş mətbuat konfransında yığmamızın kapitanı Emin Mahmudov iştirak edib. Sizi onun fikirləri ilə tanış edirik:

"Rəsmi oyunlardan əvvəl bu cür yoldaşlıq oyunları bir-birimizi daha yaxşı başa düşmək üçün lazımdı. Asan olacağını düşünmürük. Milli komandadayıqsa, hər oyuna qələbə qazanmaq üçün çıxmalıyıq. İnanıram ki, sabah məqsədimizə çatacağıq. Asan oyun olmayacaq”.