“Neftçi”nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi Bosniya və Hersoqovina “Jelezniçar”ı cərimələnib.
"Football-plus.az" klubun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb I raundda Belarus təmsilçisi “Dinamo” (Minsk) ilə ev oyununda yerli azarkeşlərin tribunaların pilləkənlərində oturaraq keçidi bağlamaları olub.
Fanatların davranışı sarayevoluların UEFA tərəfindən 8000 avro məbləğində cərimələnməsinə səbəb olub. “Jelezniçar” tamaşaçılardan “Neftçi” ilə keçiriləcək matçda eyni səhvi təkrarlamamağı xahiş edib.
Qeyd edək ki, iyulun 27-də “Qrbavitsa” stadionunda keçiriləcək “Jelezniçar” – “Neftçi” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.