"Neftçi" - "Jelezniçar" oyununa nə qədər bilet satılıb? - AÇIQLAMA

30.07.2023 13:50 1 070
Manşet / Konfrans Liqası
4 gün sonra "Neftçi" Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab görüşündə "Jelezniçar"la qarşılaşacaq.

"Football-plus.az" xəbər verir ki, qarşılaşmanın biletləri cümə günündən satışa çıxarılıb. Redaksiyamıza daxil olan informasiyaya görə, sosial şəbəkələrdə oyuna maraq çox olsa da, bu satışa təsir etməyib. Ümumiyyətlə, görüşə nə qədər biletin satıldığını öyrənmək üçün "ağ-qaralar"ın Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyevlə əlaqə saxladıq:

"Bu saata qədər cəmi 3 min bilet satılıb".


İLKİN SULTANLI