• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Türkiyəli ulduz təxminən 3-5 aylığa sıradan çıxdı!

Dünya futbolu

1-08-2023, 19:0

Arda Gülərdən bir-birinin ardınca üzücü xəbərlər gəlməkdədi.

“Football-plus.az” xəbər verir ki, “Real”ın bu yay “Fənərbaxça”dan böyük ümidlərlə transfer etdiyi 18 yaşlı vunderkindin bir müddət öncə məşqdə yüngül zədə aldığını xəbər vermişdik. Ötən sayımızda qeyd etmişdik ki, ABŞ turnesində “Real”ın ilk iki oyununu buraxan gənc türkiyəli yarımmüdafiəçinin “Barselona”ya qarşı görüşdə debüt edəcəyi gözlənilir. Amma “El Klasiko”ya az qalmış Ardadan fanatları üzən, hətta şok xəbərlər gəlməyə başladı. Əvvəlcə baş məşqçi Karlo Ançelotti Ardanın “Barsa” ilə görüşdə oynamayacağını açıqladı. Sonra məlum oldu ki, Türkiyə yığmasının üzvünün zədəsi ciddi olduğu üçün o, Madridə göndərilib! Söhbət diz, daha doğrusu, menisk zədəsindən gedir. Ardanın sağ dizinin meniskində zədə aşkarlanıb. Onun müalicə prosesi Madriddə davam etdiriləcək. Futbolçu özü də bununla bağlı paylaşım etdi:

“Bu gün komanda yoldaşlarımla birlikdə meydanda olmaq istərdim. Amma müalicəmi sürətləndirmək üçün Madridə qayıdıram. Dəstəyiniz üçün təşəkkürlər”.


Əvvəlcə güman olunurdu ki, ardıcıl ağır məşqlərdə iştirak etdiyinə görə istedadlı oyunçunun, sadəcə, əzələlərində gərginlik yaranıb. Amma menisk zədəsi ciddi zədələrdən sayılır. “Real”ın rəsmi açıqlamasında Ardanın nə vaxt məşqlərə başlayacağı ilə bağlı tarix göstərilməməsi diqqəti çəkib. Bu da o deməkdi ki, futbolçunun qayıtması xeyli uzanacaq. İspaniya mətbuatının işə qarışmasından və məsələni araşdırmasından sonra məlum oldu ki, Arda Gülər ən azı 3 ay oynamayacaq! Madrid nəhənginin tibbi personalı vaxt itirmədən Ardanın mülicəsinə başlayıb. İlk mərhələdə Ardaya PRP müalicə tətbiq olunacaq. Buna daha çox trombositlə zəngin plazma müayinəsi deyilir. Ardanın orqanizmi bu müayinəyə belə desək, yaxşı reaksiya versə, onda əməliyyata ehtiyac duyulmayacaq. “Real”ın tibbi personalı əməliyyatı ən son variant kimi nəzərdən keçirir. Çünki Arda əməliyyat olunacağı təqdirdə yaşıl meydanlara qayıtması ən azı 5 ay çəkəcək! İspaniyalı həkim Pedro Luis Ripoll “Marca”ya açıqlamasında bunları deyib:
“Ardanın menisk zədəsi ciddidisə, meniski tikişlə bərpa olunmalıdı. Bu əməliyyat onu 5 ay futboldan uzaq salacaq. Zədəsi ciddi deyilsə, alternativ vasitələrlə malicəsi mümkündü. Bu zaman o, 3 aya qayıdacaq”.


Bu arada şayiələrə inansaq, Arda əməliyyata ehtiyac duyacağı təqdirdə “Real” iştirak ərizəsində yer açmaq üçün onun müqaviləsini dondura bilər. Yanvarda bu məsələyə yenidən baxılacaq. Arda oynamağa hazır olsa, onun adı yenidən iştirak ərizəsinə salınacaq. Amma bu xəbərlər hələ ki rəsmi təsdiqini tapmayıb. İspaniyalı həmkarlarımız Ardanın məşqdə zədələndiyi anı da tapıblar. Həmin şəkildə gənc oyunçu ikitərəfli oyun zamanı futbolçulardan birindən topu almaq istəyərkən sağ dizinin üstünə yıxılır. Hərçənd son xəbərlərdə deyilir ki, Ardanın zədəsi “Real” cəbhəsində o qədər böyük üzüntü ilə qarşılanmayıb. “Kral klubu” zatən bu oyunçudan ilk mövsümdəcə fenomenal performans gözləmirdi və onu daha çox gələcək üçün transfer etmişdi. “Real”ın məşqçilər korpusu və tibbi personalı Ardanın durumunu diqqətlə izləyərək onun əzələlərini, eləcə də fiziki durumunu tədricən möhkəmləndirməyə çalışacaq.
Ardanın başına gələnlərdən sonra tanınmış türkiyəli jurnalist Ferudun Niğdelioğlunun sözləri yenidən gündəmə gəlib. O, təxminən 20 gün öncə “Tele 1” kanalında yayınlanan “Numarasız tribün” verilişində Ardanın zədə problemindən danışmış və “Real”a xəbərdarlıq etmişdi:
“Arda Gülərin durumunu bütün məşqçilər, İsmayıl Kartal, Vitor Pereyra, Jorje Jezuş və başqan Əli Koç da bilir. Ardanın orqanizmi məşqlərdəki yükləmələri qəbul etmir. Düzdü, qorxulu zədə almır. Amma çox məşq etdikdə və komanda ilə birlikdə yükləmələrə girdikdə onun əzələlərində gərginlik və qanamalar yaranır. Bu da onun inkişafına mane olur. Əslində elə yaşdadı ki, fiziki cəhətdən yavaş-yavaş inkişaf etməlidi. Amma əzələləri inkişaf etmir və əsas problemi də məhz budu. “Fənər”də olduğu dönəmdə bir neçə dəfə bu problem özünü büruzə vermişdi. Ardanın 2-3 gün dalbadal fiziki və ağır məşqin öhdəsindən gəlməsi mümkün deyil. Məncə, “Fənərbaxça” Ardanı vaxtında və çox da yaxşı qiymətə satdı. “Real” Ardanın problemini tibbi müayinə zamanı heç cür görə bilməzdi. Bu, mümkün deyildi. Amma məşqlər başlayandan sonra onun problemlərini görəcəklər”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

30-07-2023, 12:0

Ardanın ''Real'' karyerası zədə ilə başladı

Dünya futbolu

23-07-2023, 12:0

Arda Gülər zədələndi

Dünya futbolu

28-06-2023, 17:0

''Real'' Arda Güləri transfer edəcəkmi?

Dünya futbolu

12-07-2023, 20:0

Deku Arda Gülərin “Barsa”ya qismət olmaması haqda nə dedi?

Dünya futbolu

17-07-2023, 23:0

Arda Gülərin transferi NATO-nun sammitində də müzakirə olundu!

Dünya futbolu

5-07-2023, 20:0

Arda Gülər uğrunda “El Klasiko” davam edir

Aktual
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
"Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
“Yaxşı futbol oynamaq üçün imkan var” – Estoniya “Zirə”ni necə qarşıladı?
“Heç “Karvan-Yevlax”la oyunda da da belə etməmişəm” - Puxaç
KuPS da qisasdan danışır – “hədəf aydındı: əvvəl hesabı bərabərləşdirmək, sonra irəli çıxmaq”
"Forza Neftçi" çempionluq tələb etdi, bəs, "Neftçi" necə qarşıladı? - REPORTAJ
Son xəbərlər
  • Bu gün, 16:25
    Millimizin heyəti açıqlandı - AÇ
  • Bu gün, 15:49
    Niderlandda qərar tutdu
  • Bu gün, 15:08
    Qvineya millisinin üzvü "Araz-Naxçıvan"da
  • Bu gün, 14:40
    "Şəfa"da niderlandlı futbolçu
  • Bu gün, 14:19
    “İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
  • Bu gün, 13:57
    Salahın meneceri transferi yubadır
  • Bu gün, 13:27
    “Qalatasaray” hələ ki almaq yox, vidalaşmaq ilə məşğuldu
  • Bu gün, 12:56
    “Trabzonspor” 26 milyon avroluq satış həyata keçirdi
  • Bu gün, 12:25
    Avropada 10-cu qol
  • Bu gün, 11:54
    İngiltərədə klubunu dəyişəcək
  • Bu gün, 11:23
    “Belədə bundesliqa və ya la liqa klubları onu heyətində görmək istəyər” – Mahiri “Rakuv”da nə gözləyir?
  • Bu gün, 10:52
    UEFA reytinqində mövqeyimiz dəyişmədi
  • Bu gün, 10:31
    "Karvan-Yevlax"dan daha iki transfer
  • Bu gün, 10:00
    "Qarabağ" evdə, "Zirə" səfərdə döyüşəcək - YENİLƏNİR
  • Dünən, 23:49
    “Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
  • Dünən, 23:23
    "Qarabağ"a qarşı uğurlu çıxış etmək istəyirik" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:56
    "Qalib olmağa gəlmişdik" - "Dinamo-Minsk"in baş məşqçisi
  • Dünən, 22:26
    "Mənə elə komanda deyin ki, hər matçı qazansın" - Yuri Vernidub
  • Dünən, 21:54
    Abubakar "Kəpəz"də
  • Dünən, 21:26
    Fransadan Portuqaliyaya yollandı
  • Dünən, 20:59
    "Çalışacağıq ki, rəqibin oyununu pozaq" - Rəşad Sadıqov
  • Dünən, 19:39
    "Alınsa, iki transfer həyata keçirəcəyik" - Qurban Qurbanov
  • Dünən, 19:18
    "Kəpəz"də ayrılıq
  • Dünən, 19:00
    "Neftçi" - "Dinamo-Minsk": START HEYƏTLƏRİ
  • Dünən, 18:45
    "Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
  • Dünən, 18:20
    ''Fənər''in sabiq ulduzunun yeni klubu bəlli oldu
  • Dünən, 17:59
    “Yaxşı futbol oynamaq üçün imkan var” – Estoniya “Zirə”ni necə qarşıladı?
  • Dünən, 17:00
    "Şəfa"dan daha bir transfer
  • Dünən, 16:29
    Freddi Varqas "Neftçi"də!
  • Dünən, 15:58
    “Çox xoşbəxt olduğumuzu deyə bilmərəm” – Coy-Lens Mikels
  • Dünən, 15:29
    “Heç “Karvan-Yevlax”la oyunda da da belə etməmişəm” - Puxaç
  • Dünən, 15:13
    "Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı
  • Dünən, 14:28
    Dünya çempionu vətəninə qayıtmadı
  • Dünən, 13:55
    Güləş yığmasının dünya çempionatı üçün heyəti açıqlandı – 29 pəhləvan...
  • Dünən, 13:39
    KuPS da qisasdan danışır – “hədəf aydındı: əvvəl hesabı bərabərləşdirmək, sonra irəli çıxmaq”
Daha çox
Oxunub: 191
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 134
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 131
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə