"Football-plus.az" xəbər verir ki, bilindiyi kimi ''Real''ın gənc ulduzu zədə üzündən komandanın ABŞ turnesində ''Milan'' və ''Mançester Yunayted''ə qarşı oyunları buraxmalı olmuşdu. Ardanın ''Barselona''ya qarşı bu səhər baş tutan prinsipial oyunda debüt etməsi proqnozlaşdırılırdı. Amma hələ ''El Klasiko''dan öncə klubdan 18 yaşlı futbolçu ilə bağlı üzücü açıqlama gəldi. Məlum oldu ki, Arda Gülər sağ dizin iç meniskindəki zədə üzündən Madridə qayıtmalı olub. Onun müalicə prosesi Madriddə davam etdiriləcək. Gənc oyunçunun özü də sosial şəbəkədə paylaşım edərək bunları yazıb:
''Bu gün komanda yoldaşlarımla birlikdə meydanda olmaq istərdim. Amma müalicəmi sürətləndirmək üçün Madridə qayıdıram. Dəstəyiniz üçün təşəkkürlər''.
Xatırladaq ki, ''Real'' Türkiyə futbolunun yeni ulduzunu bu yay ''Fənərbaxça''dan 20 milyon avroya transfer edib. Texasda baş tutan ''El Klasiko''da ''Barselona''nın 3:0 hesabı ilə qalib gəldiyini də bildirək.
ƏLİ






