Cokoviç gəldi, mükafat fondu da artdı

1.01.2023 17:45 313
İdman
“Böyük dəbilqə” turnirlərinin 21 qat qalibi Novak Cokoviç də artıq Avstraliyadadı.

O, Avstraliya Açıq Tennis Çempionatından əvvəl yanvarın 2-8-i aralığında Adelaidada keçiriləcək turnirə qatılacaq. Xatırladaq ki, serb tennisçi peyvənd olunmaq istəmədiyinə görə builki “Australian Open”i buraxıb, ancaq ona verilən müvəqqəti viza 2023-ün turnirlərinə qatılmaq imkanı yaradır. Daha dəqiqi, noyabrın 17-də mühacirət naziri Endryu Cayls sələfinin Cokoviçin Avstraliyaya üç il ərzində daxil olmasını qadağan edən qərarını rəsmi şəkildə ləğv edib.