• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Antverp”: 66 illik həsrətin sonu!

Dünya futbolu

31-07-2023, 16:0

Nəhayət, 2022/23 mövsümündə Belçika çempionatında, belə ifadə etsək, “Brügge”nin hökmranlığı sona çatdı. Jüpile liqada ardıcıl 3, əvvəlki 5 mövsümdə isə 4 dəfə çempion olan komanda bu dəfə ən yüksək titul uğrunda yarışa bilmədi. Brüggelilərin zəif çıxışı birdən-birə üç komandanın çempionluq yarışına qoşulmasına şərait yaratdı. Və qızıl medalların sahibi son turda - olduqca dramatik mübarizə şəraitində müəyyənləşdi.


“Brügge” “Yunion”u yenə tituldan etdi

2021/22 mövsümündə Alfred Sxroyderlə 18-ci dəfə çempion olan “Brügge” yeni mövsümə Karl Hofkensin başçılığı altında start verdi. İlk turlar komanda üçün çox çətin keçdi. Artıq müntəzəm çempionatın ilk dövrəsində brüggelilərin titulu qoruya bilməyəcəyi böyük ölçüdə məlum idi. Və rəhbərlik 2022-ci ilin dekabrında 44 yaşlı Hofkens ilə yolları ayırmağa məcbur oldu.

“Brügge” əvvəlki mövsümün finişi ərəfəsində “Yunion”un titul qazanmaq arzusunun üstündən xətt çəkmişdi. Ölkə nəhəngi bu dəfə bu rəqibə daha dramatik şəkildə zərbə vurdu. “Yunion”çempionatin həlledici mərhələsi sayılan mükafatlar uğrunda mübarizənin son turunun çempionla ev oyununun 46-89-cu dəqiqələri aralığında qızıl medalların sahibi idi. 89-cu dəqiqədə hesabın bərabərləşməsi (1:1) san jillualıları 2-ci yerə saldı. “Brügge”nin 90+3-cü dəqiqədə hesabda önə keçməsi isə “Yunion”u daha bir pillə geri saldı. Mövsümü boşa verən brüggelilər 3:1 hesablı qələbə ilə şəhərciyi təmsil edən komandanın azsaylı azarkeşlərini növbəti dəfə məyus etdilər. Xüsusi vurğulayaq ki, “Brügge” çempionluq qrupunda titula iddia etməyən yeganə komanda idi: bu qrupda mübarizəyə 4-cü yerdə başladı və mövsümü bu yerdə də başa vurdu. Amma, necə deyərlər, sonda qapını bərk çırpmaq üçün əlindən gələni etdi.

“Yunion”un baş məşqçisi Karel Gerarts əvvəlki mövsümlə müqayisədə daha ağır zərbə aldıqlarını deyir: “Son matçda oyuna nəzarət edir, demək olar ki, rəqibə heç bir şans vermirdik. Komandamı yalnız ikinci qolu vura bilməməsinə görə qınamaq olar. Amma indi titulun əlimizdən çıxmasına görə kimisə günahlandırmağın zamanı deyil...”

“Genk” çempionluğa çox yaxın idi

“Brügge” “Yunion”la oyunun 89-cu dəqiqəsində hesabı bərabərləşdirərkən “Genk” liderliyə yüksəldi. Amma “Antverp” ilə ev oyununun əsas vaxtına əlavə olunan 4-cü dəqiqədə Tobi Alderveyreldin zərbəsindən sonra qapısında qol gördü. 2:2 hesabı çempionluğa çox yaxın olan genklilərin mövsümü 2-ci yerdə başa vurmasını qaçılmaz etdi. Halbuki Vauter Vrankenin çalışdırdığı komanda çempionatın birinci mərhələsini “Yunion”u topların daha yaxşı fərqinə əsasən qabaqlamaqla 1-ci yerdə bitirmişdi. Əvvəlki mövsümdə 8-ci yeri tutaraq avrokuboklardan kənarda qalan “Genk” bu dəfə sona qədər mübarizə apardı. Titul qazanılmasa da, 2-ci yerin sahibi kimi Çempionlar Liqasında oynamaq hüququ qazanması genklilərin böyük yüksəlişindən xəbər verdi.

44 yaşlı Vrankenin bununla bağlı fikirləri belədi: “Birgə işimizin ilk gününə qayıtsaq, mövsüm ərəfəsindəki itkilərimizi xatırlasaq, bizi titildan bir neçə dəqiqəin ayırması faktı düşündürücüdü. Futbolçularımız mövsümboyu imkanlarından maksimum dərəcədə istifadə etdilər. Həm məşqlərdə, həm də matçlarda çox yaxşı təsir bağışladılar. Biz çempionluq kubokuna layiq idik. Təəssüf ki, rəqibin bir dəqiq zərbəsi bütün zəhmətimizin üstündən xətt çəkdi...”

1957-ci ildən sonra ilk dəfə!

İndi isə jüpile liqanın qalibi haqda mülahizə yürüdək. Əslində “Antverp” çempionluq şansına görə “Genk” və “Yunion”dan geridə idi. Amma artıq məlum olduğu kimi, son turda baş verən dramatik məqamlar məhz bu komandanın azarkeşlərini sevindirdi. Özü də uzun müddətdən sonra. Bəli, antverpenlilər 1957-ci ildən sonra ilk dəfə Belçika çempionu oldular!

Ümumiyyətlə, komanda üçün son mövsüm ikiqat uğurlu alındı. “Qırmızı-ağlar” hələ mövsümün gedişində - aprelin 30-da keçirilən finalda “Mexelen”i məğlub etməklə (2:0) ölkə kubokunu qazanmışdı.

Başqa sözlə, Mark van Bommel komandaya tarixində ilk dəfə “qızıl dubl” qazandırdı! Baş məşqçi vəzifəsinə 2022-ci ilin mayında təyinat alan niderlandlı mütəxəssis bundan yaxşı debüt arzulaya bilməzdi. Daha əvvəl ölkəsində PSV-ni və Almaniyada “Volfsburq”u çalışdıran 46 yaşlı sabiq yarımmüdafiəçi məşqçi kimi ilk böyük uğurlarını qazandı. Çoxdan arzulanan çempionluğun rəsmiləşməsinin ertəsi günü mövsümün ən yaxşı məşqçisi seçilən Van Bommelin “qızıl dubl”la bağlı fikirləri təvazökarlğından xəbər verir:

“Kuboklar heç də məşqçinin səviyyəsini 100 faiz xarakterizə etmir. Mən karyeramda yalnız ikinci tam mövsümü başa vurmuşam. Bəli, yaxşı məşqçi olduğumu göstərmək istəyirəm. Amma bu fikir heç də yalnız titullarla təsdiqlənmir”.


Futbolçular baş məqşçi ilə işləməkdən çox məmnundular. Komandanın aparıcı hücumçusu Vinsent Yansseni dinləyək:

“Məsələ heç də oyun üslubu və ya taktika ilə bağlı deyil. Böyük uğurumuzda məşqçimizin hamıyla xoş rəftar etməsinin də rolu var. O, daim bütün oyunçularla ünsiyyətdə olur, bizi hər həftə oyunlara psixoloji cəhətdən də hazırlayır. Van Bommel bu keyfiyyətləri ilə də möhkəm komanda olmağımızda rol oynayıb”.


Müdafiəçi Riçi de Lat isə bu fikirdədi:

“Fikrimcə, uğurumuzda komanda ilə məşqçinin payı yarıbayarıdı. O, bizə lazım gələndə ailəmizlə birgə olmaq imkanı yaradır. Bizi həmişə lazımi məqamlara kökləməyi yaxşı bacarır ”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu / Reportaj

28-04-2023, 22:0

3 klub liqanı tərk etdi - TURUN ŞƏRHİ

Dünya futbolu

7-01-2023, 14:0

“Brügge”də yeni baş məşqçi

Dünya futbolu

14-10-2022, 14:0

''Brügge'' bunu bacaran 3-cü Belçika klubu oldu

Dünya futbolu

12-07-2022, 14:0

''Latsio'' ''Brügge''dən şikayət edəcək

Dünya futbolu

18-08-2022, 19:0

Vertongen "Brügge" yolunda

Aktual
KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
“Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
Son xəbərlər
  • Dünən, 23:45
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 22:40
    KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
  • Dünən, 22:20
    "Sabah mövsümün ən yaxşı oyununu oynamalıyıq..." - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    Valdas Dambrauskas: "İlk qarşılaşma KuPS-un həqiqi gücünü tam şəkildə göstərmədi"
  • Dünən, 21:27
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 20:55
    "İmişli" anqolalı oyunçu transfer etdi
  • Dünən, 20:30
    1-ci və 2-ci liqaların püşkü bu tarixdə atılacaq
  • Dünən, 20:00
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 19:41
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:10
    MS-ni tərk edə bilər
  • Dünən, 18:37
    Elxan Səmədov Serbiya superliqasının baş katibi ilə görüşdü
  • Dünən, 18:06
    Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
  • Dünən, 17:30
    "Qarabağ"dan azarkeşlərinə şad xəbər!
  • Dünən, 17:00
    "İmişli" kot-d’İvuarlı futbolçu trasnfer etdi
  • Dünən, 16:38
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 16:07
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 15:36
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 15:05
    KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
  • Dünən, 14:35
    “Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
  • Dünən, 14:04
    Rəşad Sadıqov jurnalistlərin suallarını cavablayacaq
  • Dünən, 13:33
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 13:01
    Millimiz Qazaxıstana qalib gəldi
  • Dünən, 12:31
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 12:00
    "Zaqatala" baş məşqçisi ilə vidalaşdı
  • Dünən, 11:36
    Kamal Umudluya UEFA-dan təyinat
  • Dünən, 11:15
    "Bu məqam oyun keyfiyyətinə təsirsiz ötüşmür" - Arif Əsədov "Qarabağ"a mane olan amili açıqladı
  • Dünən, 10:49
    Özbək futbolçu ilə müqavilə yeniləndi
  • Dünən, 10:18
    "Turan Tovuz" Türkiyə klubuna qarşı
  • Dünən, 10:00
    Baş məşqçi vəzifəsində 4 ay işlədi
  • 26-07-2026, 23:0
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • 26-07-2026, 23:0
    İngiltərə klubunu tərk etdi
  • 26-07-2026, 22:0
    FİFA-nın reytinq siyahısında lider oldu
  • 26-07-2026, 22:0
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • 26-07-2026, 21:0
    Mançesterdən Madridə yollandı
  • 26-07-2026, 21:0
    İngiltərədə iş yerini dəyişə bilər
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 161
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 108
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 102
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 90
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə