Vertongen "Brügge" yolunda

18.08.2022 19:50 342
Dünya futbolu
"Brügge" "Benfika"nın müdafiəçisi Yan Vertongenlə maraqlanır.

Football-plus.az
xəbər verir ki, avqustun 17-də “qartallar”ın Kiyev “Dinamo”su ilə oyununda (2:0) klub nümayəndələri iştirak ediblər. "Brügge" 35 yaşlı belçikalıya 2+1 şərti ilə müqavilə təklif etməyə hazırdı.

Vertongen ötən mövsüm “Benfika”nın heyətində 46 oyuna çıxıb və 3 məhsuldar ötürmə edib.