Fevralın 6-da MBA-nın idarəçilər şurası “Finiks”in biznesmen Metyu İşbiyaya satılmasını təsdiqləyib. Sövdələşmənin dəyəri 4 milyard dollar olub ki, bu da MBA-nın tarixindəki ən baha klub alışıdı.
Football-plus.az xəbər verir ki, Metyu İşbiya həm “Finiks”ə, həm də qadınlar arasında MBA-da yarışan “Merkuri”yə rəhbərliyi boynuna götürüb.
Onun qardaşı Castin isə rəhbərin müavini olmaqla yanaşı, həm də klubların 2-ci səhmdarıdı. Metyu İşbiya Miçiqan ştatında yerləşən və ipoteka kreditləşməsi ilə məşğul olan “United Wholesale Mortgage” şirkətinin yaradıcısı və baş direktorudu. “Forbes” onun sərvətini 5,1 milyard dollar həcmində dəyərləndirir.
"Finiks"in satılması təsdiqləndi
İdman

