Qarşılaşmanın 70-ci dəqiqəsində "köhlən atlar"ın sol cinah müdafiəçisi Elvin Cəfərquliyev ciddi zədə alaraq Maksim Medvedevlə əvəzləndi. 22 yaşlı oyunçunun son durumunu öyrənmək üçün Ağdam təmsilçisinin tərcüməçisi Elvar Quliyevlə əlaqə saxladıq. O, "Football-plus.az"a açıqlamasında bunları dedi:
"Həkimlərin ilkin rəyinə görə, Elvində qorxulu bir şey yoxdu. Futbolçu özü də bildirdi ki, ayağında tutulma olub. Tam dəqiqini MRT müayinəsindən sonra biləcəyik".
Qeyd edək ki, "Qarabağ" "Rakuv"la cavab görüşünü avqustun 2-də Bakıda keçirəcək.
CAVİD ƏLİYEV






