"Qarabağ" Polşada bu məkanı seçdi

24.07.2023 19:51 296
Manşet / Çempionlar Liqası
"Qarabağ" iyulun 22-dən Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Rakuv"la görüşün hazırlığına başlayıb.

Qurban Qurbanov "Linkoln Red İmps"lə matçdakı qələbənin ardından komandaya ikigünlük istirahət vermişdi. Ağdamlıların heyətində, sadəcə, Juninyo və Abbas Hüseynov zədəlidi. Braziliyalı futbolçunun problemi o qədər də ciddi deyil. Onun "Rakuv"la görüşdə meydana çıxıb-çıxmayacağına məşqçilər heyəti qərar verəcək. Ağdam təmsilçisinin Polşaya nə vaxt yollanacağı da bəllidi. Bu informasiyanı qəzetimizə açıqlamasında klubun mətbuat xidmətinin əməkdaşı Elvar Quliyev dedi. "Qarabağ" Çenstoxovaya iyulun 25-də gedəcək. Komanda "Arche has" otelində məskunlaşacaq.

İLKİN SULTANLI