"Football-plus.az" xəbər verir ki, bu vacib qarşılaşmada "köhlən atlar"ı ölkəmizin Polşadakı səfiri və diaspor fəalları dəstəkləyəcək. Bu məlumatı Ağdam klubunun tərcüməçisi Elvar Quliyevdən aldıq. Onun detallı açıqlamasına keçid alaq:
"Stadionun tutumunun 5 faizi bizim azarkeşlər üçün ayrılıb. Fanatlarımız təxminən 300-350 nəfər olacaq. Qarşılaşma ilə bağlı Polşadakı səfirliyimiz və diaspor üzvləri həmişə olduğu kimi bizimlə əlaqə yaradıb. Onların da bu matçda arenada olacağı gözlənilir".
CAVİD ƏLİYEV



