"Əhval-ruhiyyə yüksəkdi, futbolçular ideal formadadı" - Ayxan Abbasov

12.11.2026 22:33 0
Ölkə futbolu / Manşet
Millimizin baş məşqçisi Ayxan Abbasovun iştirakı ilə Lixtenşeynlə matçdan əvvəl mətbuat konfransı keçirilib. Çalışdırıcı media nümayəndələrinin suallarını cavablandırıb.

- Ən vacib oyuna çıxırıq. Qrup lideri olmaq üçün qələbə qazanmalıyıq. Rəqibi tanıyırıq. Bilirik ki, evdə daha inamlı çıxış edirlər. Komanda olaraq oyuna hazırıq. Əhval-ruhiyyə yüksəkdi, futbolçular ideal formadadı. İnanıram ki, qrup mərhələsini lider olaraq başa vuracağıq.

- Sosial mediada komandanız üzərində təyziq var. Bu təyziqi necə qarşılayırsız?
- Oyuna köklənmişik. Futbolçular belə hadisələrdən təsirlənə bilər. Kənar müdaxilələrə fikir verməməyə çalışırıq.

- Lorenzo Mezzotero millidə çıxış etmək istəyir?
- Millidə gənc futbolçuların sayı artıb. Bu sevindirici haldı. Lorenzo haqqında çox danışılır. Nihatı, Muradı, Eşqini daha çox dəstəkləmək lazımdı. Lorenzonu izləyirik. Özü daha əvvəl millimizdə çıxış etmək istəmişdi. Onu canlı da izləmişəm. Öz klubunda da yaxşı performans göstərir. Son oyundan sonra klubu bizə müraciət etdi. Zədəsi olduğunu bildirdilər. Biz də buna inandıq. Önümüzdəki matçlarda yaxşı formada olsa, yenə dəvət alacaq. Milli forma sevilməlidi. Heç bir məcburiyyət olmamalıdı.

- Sabahkı matçda bütün futbolçulardan istifadə edə biləcəksiz? Futbolçuların fiziki durumu necədi?
- Geniş heyət var. Önümüzdəki 2 oyunu nəzərə alaraq seçim etmişik. Son oyunlarda fiziki problem olmayıb. Futbolçular matça hazırdı.