Milimizin futbolçusu Toral Bayramov Millətlər Liqasının D Liqasında sabah keçiriləcək Lixtenşteyn – Azərbaycan oyunundan əvvəl keçirilən mətbuat konfransında iştirak edib.
"Football-plus.az" xəbər verir ki, Toral qarşılaşma ilə bağlı fikirlərini bölüşüb.
- Bakıdakı matç qolsuz bərabərliklə yekunlaşmışdı. Bu dəfə məqsədimiz daha yaxşı oyun göstərərək qələbə qazanmaqdı. Komandamıza inanıram. Yaxşı hazırlaşmışıq. Bakıda etdiyimiz səhvləri etməməyə çalışacağıq. Ümid edirəm ki, sabah qələbə qazanıb, xalqımızı sevindirəcəyik.
- Sizin üçün milli komandada hansı mövqedə oynamaq rahatdı?
- Millidə oynadığımız üçün qürur duyuruq. Əsas olan oynamaqdı. Mənim üçün heç bir fərqi yoxdu. Baş məşqçimiz mənə harda oynamağa şans versə, orda çıxış edirəm. Əlimdən gələnin ən yaxşısını etməyə çalışıram.
"Bakıda etdiyimiz səhvləri etməməyə çalışacağıq" - Toral Bayramov
Ölkə futbolu / Manşet





