“Qarabağ” seçim qarşısındadı

20.07.2023 16:50 1 103
Çempionlar Liqası
"Linkoln Red İmps”i üstələyən “Qarabağ” Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Polşa “Rakuv”u ilə qarşılaşacaq. Ağdam təmsilçisinin turnirdəki 2-ci ev oyununu harda keçirəcəyi maraq doğurur.

“Football-plus.az”a bununla bağlı maraqlı informasiya daxil olub. Tofiq Bəhramov adına Respublika stadionunda təmir işləri sürətlə davam etdirilir. Arenanın rəhbərliyi “Rakuv”la ev oyununun burda keçirilməsini istəyir. Lakin “Qarabağ” fərqli düşüncədədi. “Köhlən atlar”ın rəhbərliyi polşalılarla görüşün BOS-da təşkilinin tərəfdarıdı. Məsələ ilə bağlı yekun qərar yaxın günlərdə veriləcək.

Qeyd edək ki, “Qarabağ” – “Rakuv” görüşü avqustun 1-i və ya 2-də keçiriləcək.

İLKİN SULTANLI

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul