“İnter”in yeni kapitanı oldu

27.07.2023 22:15 237
Dünya futbolu
Yeni mövsüm üçün “İnter”in kapitanı müəyyənləşib. Bu statusu Lautaro Martines qazanıb.

"Football-plus.az" xəbər verir ki, İtaliya klubunun rəsmi saytının yaydığı xəbərdə onun növbəti mövsümdən kapitan sarğısını daşıyacağı bldirilib. Lautaro “İnter”də 2018-ci ildən çıxış edir. Ötən mövsüm milanlıların əsas kapitanı qapıçı Samir Handanoviç olub. O, artıq komandanı tərk edib.