İtaliya klubunda yeni kapitan

18.07.2023 22:15 234
Dünya futbolu
“İnter”in növbəti mövsüm üçün yeni kapitanı müəyyənləşib.


"Football-plus.az" xəbər verir ki, bu statusu argentinalı hücumçu Lautaro Martines qazanıb. İtaliyalı yarımmüdafiəçi Nikolo Barella isə vitse-kapitan seçilib. Milanlıların yeni kapitanları futbolçular arasında keçirilən səsvermədə müəyyənləşib.