Düşündü, düşündü, sarğıdan imtina etdi

10.07.2023 14:13 211
Dünya futbolu
Marko Roys Dortmund “Borussiya”sının kapitan sarğısından imtina edib. Halbuki 34 yaşlı yarımmüdafiəçi son 5 ildə (2018-dən bəri) bu sarğını daşıyıb.

"Football-plus.az" xəbər verir ki, Roys kapitan statusu ilə bütün turnirlərdə 178 oyun keçirib.

Ümumiyyətlə, o, Dortmund klubunun heyətində 387 oyun keçirib, 161 qol vurub, iki dəfə ölkə kubokunu qazanıb. Marko sarğıdan imtina etməsi ilə bağlı bunları deyib:

“Məzuniyyət dövründə bu haqda uzun-uzadı düşünmək imkanım oldu. Və sarğıdan imtina etməyə qərar verdim. Son 5 ildə bu sarğını böyük qürur hissi ilə daşıdım. Kapitanlıq mənim üçün böyük şərəf idi”.