Növbəti mövsüm üçün “Real”ın yeni kapitanları müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, “As” qəzetinin yaydığı məlumata görə, Naço Fernandes yeni mövsümün əsas kapitanı olacaq. Luka Modriç 2-ci, Daniel Karvaxal 3-cü, Toni Kroos isə 4-cü kapitan təyin edilib.
Xatırladaq ki, 2022/23 mövsümündə Madrid klubunun əsas kapitanı Kərim Benzema olub. O, bu ay Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubuna transfer olunub.