Finlandiyalı hücumçu Yanna Laakkonen Rusiyadakı həyat haqda danışıb.
"Football-plus.az" xəbər verir ki, hokkeyçinin dediyinə görə, rusiyalı idmançılar alkoqollu içkilərin vurğunudu:
“Bir çox ölkədə oynamışam, ən müxtəlif mədəniyyətlər və ənənələr görmüşəm. Keçmiş SSRİ ölkələri xüsusən unikaldı. Orda həmişə sahib önündə qorxu hissi var, komandalara isə bandalar rəhbərlik edir. Rusiyada boş vaxt ola bilməz. Ruslar üçün bu araq içmək mənasına gəlir. Özü də böyük həcmdə. Mən “Cənubi Ural”da çıxış edərkən məşqçilər araq məclislərindən sonra səhərlər oyunçuları özünə gəlməyə məcbur edirdi”.
Hokkeyçinin dediyinə görə, rusiyalı oyunçular pivə içməyi də xoşlayır. Hətta növbəti gün məşq olanda da ruslar bu vərdişdən əl çəkmirmiş.
Laakkonen Rusiya çempionatının 2014/15 mövsümündə Orsk təmsilçisi “Cənubi Ural”ın heyətində çıxış edib. 41 yaşlı finlandiyalı forvatd həmçinin karyerası ərzində İsveç, Qazaxıstan, Belarus, Fransa, Polşa, Böyük Britaniya, Avstriya və Norveç klublarının şərəfini qoruyub.