“Vaşinqton” srağagün səfərdə “Edmonton”u məğlub etdi.
Football-plus.az xəbər verir ki, paytaxt klubunun kapitanı Aleksandr Oveçkin məhsuldar hərəkətlə yadda qalmasa da, MHL-də oyun sayını 1301-ə çatdırmaqla bu göstəricidə Rusiya təmsilçiləri arasında 2-ci yerə yüksəldi. Onunla yanaşı, Sergey Qonçarın da hesabında 1301 oyun var. Rusiyalı hokkeyçilər arasında lider isə Aleksey Kovalyovdu (1316).
Oveçkinin cari mövsümdə “Vaşinqton”un heyətində keçirdiyi 26 oyunda 25 xal (13+12) topladığını da xatırladaq.