Finlandiyalı futbolçu İtaliya klubunda

30.08.2022 09:54 274
Dünya futbolu
Finlandiya millisinin hücumçusu Yoel Pohyanpalo "Bayer Leverkusen" klubundan ayrılıb.

Football-plus.az xəbər verir ki, 27 yaşlı futbolçu bundan sonra "Venesiya"nın formasını geyinəcək.

Leverkuzen təmsilçisi forvardını İtaliya klubuna 2,5 milyon avroya satıb. Finlandiyalı "3+2" illik müqaviləyə imza atıb.