MBA Coel Embiidi cərimələdi

1.02.2023 19:10 235
İdman
“Filadelfiya”nın mərkəz oyunçusu Coel Embiid isə məhsuldarlıqla yox, başqa hərəkətlə yadda qalıb.

Football-plus.az xəbər verir ki, MBA-nın müvafiq qurumu “Bruklin”lə oyunda göstərdiyi qeyri-etik jestə görə onu 25 min dollar cərimələyib. 28 yaşlı kamerunlu xal toplayandan sonra bunu yolverilməz tərzdə bayram edib. Oyunun gedişində hakimlər onun davranışını gözdən qaçırsa da, sonradan videoyazıya baxılıb.