Malik Tşau “Mançester Yunayted”in hədəfinə düşüb.
Klub rəhbərliyi “Nyukasl”ın müdafiəçisini transfer etməyi planlaşdırır. “Sky Sport”un məlumatına görə, İngiltərə nəhəngi 25 yaşlı almaniyalı futbolçunu yayda heyətinə qatmağa şalışacaq.
Amma MY Malikə görə heç də az xərcə düşməyəcək. “Nyukasl” rəhbərliyi müdafiəçini 80 milyon avrodan aşağı qiymətə satmaq niyyətində deyil.
Tşau bu mövsüm bütün turnirlərdə 10 oyuna çıxıb və 1 məhsuldar ötürmə verib. Onun klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdi.
MY kimə görə azı 80 milyon avro ödəməlidi?
Dünya futbolu





