“Filadelfiya”nın mərkəz oyunçusu Coel Embiid isə məhsuldarlıqla yox, başqa hərəkətlə yadda qalıb.
Football-plus.az xəbər verir ki, MBA-nın müvafiq qurumu “Bruklin”lə oyunda göstərdiyi qeyri-etik jestə görə onu 25 min dollar cərimələyib.
28 yaşlı kamerunlu xal toplayandan sonra bunu yolverilməz tərzdə bayram edib.
Qeyd edək ki, oyunun gedişində hakimlər onun davranışını gözdən qaçırsa da, sonradan videoyazıya baxılıb.