Alkarasın Nadalla bağlı arzusu var

26.07.2023 16:01 245
İdman
İspaniyalı tennisçi gələnilki Olimpiya Oyunlarında həmvətəni Rafael Nadalla birgə cütlərin yarışında çıxış etmək arzusundan danışıb:

“Heç şübhəsiz, Rafa gələn il orda olacaq. Ümid edirəm ki, yenidən onunla oynaya biləcəm. Əlbəttə, Olimpiadada – cütlərin yarışında. Bu mənim arzumdu. Söhbət heç də fərdi və ya cütlərin yarışında medal qazanmaqdan getmir. Kumirimlə belə təcrübə yaşamaq ömrüm boyunca unutmayacağım bir xatirə olardı”.


"Football-plus.az" xəbər verir ki, Yay Olimpiya Oyunları gələn il 26 iyul – 11 avqust aralığında keçiriləcək.

Parisdəki tennis turniri “Rolan Qarros”un kortlarında oynanılacaq. 37 yaşlı Nadal ikiqat olimpiya çempionudu. O, 2008-in Pekin Olimpiadasında fərdi, 2016-nın Rio-de-Janeyro Olimpiadasında isə cütlərin yarışında (Mark Lopeslə) qızıl medal qazanıb.