İspaniyalı tennisçi Rafael Nadal bugünlərdə ata olub.
Ailənin ilk övladına elə atanın adı verilib. “Real” da bu olaya biganə qalmayıb:
“Fəxrimiz Rafael Nadalla Mariya Perellonu ilk övladlarının dünyaya gəlişi münasibəti ilə təbrik edirik. Bu anın sevincini sizlə bərabər bölüşürük”.
36 yaşlı Nadal “Böyük dəbilqə” turnirlərində qələbə sayına (22) görə rekordçu, həmçinin ikiqat olimpiya çempionudu.