Beynəlxalq Avtomobil Federasiyası (FIA) yaxın həftələrdə “Formula-1” komandalarının 2022-ci il üçün maliyyə hesabatlarının təhlilini başa çatdırmalıdı.
"Football-plus.az" xəbər verir ki, İtaliyanın “Motorsport” nəşrinin verdiyi məlumata görə, qurum iyulun sonuna qədər sənədlərin incələnməsini bitirəcək. Xəbərdə o da iddia olunur ki, heç də bütün komandaların maliyyə reqlamenti çərçivəsində fəaliyyət göstərməməsi ilə bağlı “yetərincə əsaslandırılmış şübhələr” var. Ötən il 10 komandadan üçünün xərclər limitini aşdığı güman olunur.
2021-ci ildə xərclər tavanını aşan “Red Bull” 7 milyon dollar məbləğində cərimələnmişdi. “Formula-1”in rəhbəri Stefano Domenikali bundan sonra da qaydanı pozanları sərt şəkildə cəzalandırmağa çağırıb.