“Çox güman, komandalardan yeddisi builki xərc tavanını aşmamaq üçün son dörd mərhələni buraxmalı olacaq. Söhbət təkcə böyük komandalardan getmir. İnflyasiya turnir cədvəlinin ortalarında qərarlaşanlara da böyük zərbə vurur”.
Xatırladaq ki, 2022 mövsümündə hər komanda maksimum 140 milyon dollar xərcləyə bilər. “Red Bull”un rəhbərinin büdcə limitinə yenidən baxılması ilə bağlı mövqeyini “Ferrari”, “Mersedes” və “Maklaren” də dəstəkləyib. Ancaq “Haas”, “Uilyams”, “Alpin” və “Alfa Romeo” komandalarının rəhbərləri “Formula-1” komissiyasının iclasında xərclər limitinin artırılmasının əleyhinə çıxıblar.
