• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Türkiyə qadın voleybolunun böyük uğuru

İdman

24-07-2023, 23:0

Türkiyənin qadınlardan ibarət voleybol yığması finalda Çini məğlub etməklə sensasiyalı şəkildə Millətlər Liqasının qalibi oldu.

"Football-plus.az" xəbər verir ki, qardaş ölkədə voleybol həmişə sevilən idman növü olub, yığma da daim elitaya yaxın olub, sadəcə, hər dəfə sonda nəsə çatmayıb. Bəs indi nə dəyişib, Daniele Santarellinin yetirmələri daha nəyə qadirdi? Qonşu ölkənin yığmasını Paris Olimpiadasında qızıl medallara əsas namizədlərdən saymaq olarmı?

Cəmi iki dəfə Olimpiadada oynayıblar
Türkiyənin qadınlardan ibarət voleybol yığması daim möcüzə gözləyə biləcəyin komandalardandı. Ancaq bu yığma hər dəfə ümidləri doğrultmurdu, lokal uğurlara baxmayaraq, dünya arenasında sözünü deyə bilmirdi. Türkiyə tarixində cəmi iki dəfə Olimpiadaya qatılıbsa, başqa sözə nə hacət?! Özü də heç nə il yadda qalmadan – “filenin sultanları” 2012-də qrupdan çıxmayıbsa, iki il əvvəl gözlənilmədən 1/4 finala vəsiqə qazansalar da, bu mərhələdə heç də ən güclülərdən sayılmayan Koreyaya uduzublar. Halbuki Türkiyə çempionatı dünyada ən güclü liqalardan sayılır, Türkiyə komandaları müntəzəm Çempionlar Liqasını qazanırlar, dünya ulduzları bu ölkədə oynamağa can atırlar. Türkiyə yığmasının tərəqqisində bu ölkədə oynayan güclü legionerlərin də müəyyən rolu var. Belədə çempionatın ümumi səviyyəsi artır.

Təbii ki, Türkiyə yığması addım-addım tərəqqi edir. 2003-cü ildə evdə keçirilən Avropa çempionatında sensasiyalı şəkildə finala çıxan “ay-ulduzlular” son 10 ildə müntəzəm top-4-də yer alırlar. Qonşu ölkənin yığması tədricən Amerika və Asiya yığmaları ilə oynamağı da öyrənib. Lap tutaq ki, türkiyəli xanımların dünya çempionatında medalı yoxdu, ancaq Millətlər Liqasının gümüş və bürünc medalları da ləyaqətli nəticədi. Bu il isə Türkiyə, nəhayət, tarixində ilk böyük beynəlxalq titul qazandı. Avroliqa və Avropiadadakı qələbələri nəzərə almasaq, bu, Türkiyə yığmasının tarixində ilk qızıl medaldı. Adı çəkilən turnirlər heç bir halda Millətlər Liqası ilə müqayisə oluna bilməz. Türklər qələbəyə iddiasını hələ ilkin mərhələdə göstərmişdi, pley-offu isə möhtəşəm keçirdilər.

Avropa çempionatında nə edəcəklər?
Millətlər Liqasının final mərhələsi bu dəfə ABŞ-da keçirildi. Amerikalılar turnirin favoriti sayılırdı. Həm meydan sahibi olduqlarına, həm də komandanın indiki durumuna görə. Bununla belə, ABŞ yığmasının problemləri elə ilk oyunda üzə çıxdı. “Yankilər” Yaponiyanı 4 setdə məğlub etdisə, Türkiyə İtaliyanın işini üç setdə bitirdi. Paralel keçirilən oyunlarda, gözlənildiyi kimi, Polşa Almaniyaya qalib gəldi, Çin isə Braziliyanı məğlub etdi – ilkin turniri uğursuz keçirən iki nəhəng artıq 1/4 finalda üz-üzə gəldi. Çinlilər pley-offda toparlandılar və braziliyalıların ardından sakitcə Polşanı – dünya reytinqinin liderini də məğlub etdilər. Bir qədər sonra Türkiyə və ABŞ yığmalarının oyununda finala 2-ci vəsiqənin sahibi müəyyənləşdi. İlk setin əvvəlində meydan sahibləri üstün təsir bağışlasalar da, türklər setin sonluğunu əla keçirərək rəqibi üstələdilər. ABŞ yığmasının voleybolçuları necə ruhdan düşdülərsə, 2-ci setin əvvəlində əməlli-başlı fərq açıldı – artıq türklərə çatmaq mümkün deyildi. 3-cü setdəki qələbə amerikalıları bir qədər ümidləndirsə də, türklər oyunun taleyini tay-breykə saxlamaq fikrində deyildi. 4-cü set onların qələbəsiylə bitdi. Belədə “boyundan yuxarı tullananları” yerində oturtmaq vəzifəsi Çinin üzərinə düşdü. Ancaq qadın voleybolunun əvvəlki liderləri Tokio-2020-dən bəri mövqeyini əldən verməkdədi. Onlar finalda qonşularımıza ciddi müqavimət göstərə bilmədilər.

Aydın məsələdi ki, Millətlər Liqasının qalibi olan “filenin sultanları” inanılmaz özünəinam qazanıb. Ancaq müasir voleybol o dərəcədə izaholunmazdı ki, Olimpiya Oyunlarının startına bir il qalmış bu və ya başqa komandanın turnir perspektivləri haqda danışmaq mənasızdı. Ən azı Türkiyə yığmasının Avropa çempionatındakı oyununa baxmaq lazımdı. Artıq üç aydan sonra Belçika, İtaliya, Estoniya və Almaniya qitə birinciliyinin oyunlarını qəbul edəcək. Sözsüz, Türkiyə qarşıdakı turnirin əsas favoritlərindən biri olacaq.

1/4 final. Polşa – Almaniya 3:1 (25:12, 21:25, 25:21, 26:24), Braziliya – Çin 1:3 (21:25, 20:25, 25:20, 23:25), ABŞ – Yaponiya 3:1 (25:23, 25:21, 18:25, 25:18), Türkiyə - İtaliya 3:0 (25:20, 25:15, 25:18).
Yarımfinal. Polşa – Çin 0:3 (18:25, 23:25, 23:25), ABŞ – Türkiyə 1:3 (21:25, 14:25, 26:24, 25:17).
3-cü yer uğrunda oyun. Polşa – ABŞ 3:2 (25:15, 16:25, 25:19, 18:25, 17:15).
Final. Çin – Türkiyə 1:3 (22:25, 25:22, 19:25, 16:25).

Paylaş:
Digər xəbərlər

İdman

17-08-2022, 20:0

Qadın komandamız finalda - KONYA-2021

Yığma

13-03-2023, 12:0

Qadın futbolçulardan ibarət millimiz Türkiyə yığması ilə üz-üzə gələcək

Dünya futbolu

20-11-2022, 23:0

Arda Gülər yığma tarixində ilk ''3-lüy''ə düşə bilmədi

Yığma

12-08-2022, 16:0

Yığmamız yarımfinalda - İslamiada

Dünya futbolu

29-01-2023, 12:0

“Barselona”dan tarixi rekord

Aktual
Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
AFFA-nın hakimlər üçün yeni planı nədi? - növbəti mövsüm səhv qərar görmək istəmirik!
“Rövşən belə söz deyibsə, səhv edib” – Mahmud Sadıqovdan qapıçının ittihamına sərt cavab
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
“Qarabağ”ın üçüncü transferi kimdi? – yarımmüdafiəçi Portuqaliyadan Bakıya gəldi!
“Neftçi” ilə “Zirə”nin “qış yuxusu” – avrokuboklardakı təmsilçilərimiz nə ilə məşğuldu?
Son xəbərlər
  • Bu gün, 15:40
    “Neftçi” İspaniya yığması ilə qarşılaşacaq - 1/4 final
  • Bu gün, 15:37
    "Qarabağ" Medina ilə vidalaşdı
  • Bu gün, 15:23
    "Qarabağ"ın 2-ci mərhələdə mümkün rəqibi bilindi
  • Bu gün, 14:57
    Messi DÇ-yə tarixi het-triklə başladı və Klozeni yaxaladı!
  • Bu gün, 14:17
    "Sabah"ın potensial rəqibi bəlli oldu
  • Bu gün, 13:56
    Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
  • Bu gün, 13:45
    Monqolustandakı “Böyük Dəbilqə”də çıxış edəcək heyət - SİYAHI
  • Bu gün, 13:08
    Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
  • Bu gün, 12:51
    AFFA-nın hakimlər üçün yeni planı nədi? - növbəti mövsüm səhv qərar görmək istəmirik!
  • Bu gün, 12:20
    Parisi tərk edəcək
  • Bu gün, 11:59
    “Neftçi” və “Zirə”nin mümkün rəqibləri dəqiqləşdi
  • Bu gün, 11:39
    Cəlal Hüseynov Rumıniya klubunda
  • Bu gün, 11:19
    “Qarabağ”ın mümkün rəqibləri müəyyənləşdi - siyahıda "Beşiktaş" da var
  • Bu gün, 11:14
    "Araz-Naxçıvan" Ülvi ilə razılaşdı
  • Bu gün, 11:00
    “Sabah”ın qarşılaşa biləcəyi komandaların sayı azaldı
  • Bu gün, 10:50
    CAS “Turan Tovuz”un şikayətini niyə təmin etmədi? – klubun əleyhinə işləyən səbəb üzə çıxdı!
  • Bu gün, 10:21
    Norveç, Argentina və Avstriya qələbə qazandı - DÇ səhəri
  • Bu gün, 10:08
    “Rövşən belə söz deyibsə, səhv edib” – Mahmud Sadıqovdan qapıçının ittihamına sərt cavab
  • Bu gün, 09:45
    Azərbaycan ilk dəfə STEM Racing proqramına qoşuldu
  • Bu gün, 08:51
    “Avrokuboklarda iştirak etmək bizim üçün gözlənilməz oldu” - Rəşad Sadıqov
  • Bu gün, 08:11
    Avropa çempionlarının DÇ ilə bağlı uğursuz ənənəsi davam edir - Kabo Verdenin qapıçısı fenomenə çevrildi!
  • Bu gün, 01:02
    Fransa inamlı qələbə qazandı - DÇ gecəsi
  • Dünən, 23:59
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 23:51
    "Neftçi"nin yay hazırlıq planı - bir rəqib bəllidi
  • Dünən, 23:20
    Londondan Madridə yollanacaq
  • Dünən, 22:59
    “Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
  • Dünən, 22:49
    Samuel Lobato "Qarabağ"da
  • Dünən, 22:30
    "Sumqayıt" Hakan Sünalla yolları ayırdı
  • Dünən, 22:02
    Mourinyonun köməkçisi olacaq
  • Dünən, 21:31
    "Seleksiya işlərində müəyyən çətinliklərlə üzləşirik" - Qurban Qurbanov
  • Dünən, 21:00
    Yeniyetmə güləşçilər Bakıda üz-üzə gələcək
  • Dünən, 20:43
    Rotterdam klubunda yeni təyinat
  • Dünən, 20:15
    "Zirə"nin rəqibi bəlli oldu
  • Dünən, 20:04
    “Qarabağ”ın üçüncü transferi kimdi? – yarımmüdafiəçi Portuqaliyadan Bakıya gəldi!
  • Dünən, 19:22
    Romadan Berqamoya üz tutdu
Daha çox
Oxunub: 280
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 266
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 266
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 232
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 232
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 227
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə