
Çempionlar Liqası
169
30.06.2022, 15:43
"Lex" - "Qarabağ" oyununun bilet qiymətləri açıqlandı
Polşanın "Lex" klubu Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"la oyun üçün biletləri satışa çıxarıb.
"Football-plus.az" klubun saytına istinadən xəbər verir ki, matçı tribunadan izləmək istəyənlər 80 zlotundan (təxminən 30 manat) keçməlidi. Eyni zamanda daha ucuza endirimli biletlərin satışı həyata keçirilir.
Bu gündən biletlərin açıq satışına start verilib.
İyulun 5-də Poznan stadionunda keçiriləcək "Lex" - "Qarabağ" matçı Bakı vaxtı ilə 22:00-da start götürəcək.