Ruslan Hacıyevin “Araz-Naxçıvan”ın düşərgəsində məşqlərə qoşulduğunu yazmışdıq.
Güman olunurdu ki, o yeni mövsümü debütantın heyətində keçirəcək. Lakin klubun bir neçə gün əvvəl müqavilə bağladığı 11 yerli futbolçunun arasında onun adı yox idi. Bu məsələni araşdırarkən bəlli oldu ki, “Turan Tovuz”la yoxlama görüşündən (1:5) sonra Ruslan komandadan uzaqlaşdırılıb. Futbolçu onun haqda cəmi bir oyuna görə qərar verilməsinin düzgün olmadığını desə də, Azər Bağırov sözündən dönməyib. Əldə etdiyimiz bilgiyə görə, naxçıvanlılardan narazı qalan Hacıyev 1-ci liqada çıxış edəcək “İrəvan”la razılaşıb.
KƏNAN BAHADIR