“Lester” və “Nyukasl” arasında aparılan danışıqlar sona çatmaq üzrədi.
“Football-plus.az” xəbər verir ki, “Athletic”in yaydığı məlumata görə, İngiltərə klubları Harvi Barnsın transferi ilə bağlı prinsipial razılığa gəliblər. Bu mənbə “Nyukasl”ın qarşı tərəfə təxminən 38 milyon funt sterlinq ödəyəcəyini də qeyd edib. “Lester”in yetirməsi olan Barns bu komandada keçirdiyi 187 oyuna 45 qol vurub.