"Lester"in futbolçusu rəsmən "Çelsi"də

31.08.2022 17:36 430
Dünya futbolu
"Çelsi" "Lester"dən Uesli Fofananın transferini rəsmiləşdirib.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 21 yaşlı müdafəçi ilə 7 illik müqavilə imzalanıb.

"Zadəganlar" bu keçidə görə qarşı tərəfə 70+5 milyon sterlinq (81+5,8 milyon avro) ödəyəcəklər.

Qeyd edək ki, Fofana 2020-ci ildən "Lester"də oynayırdı.