Pyer-Emerik Obameyanqın yeni mövsümə harda başlayacağı böyük ölçüdə məlumdu.
"Football-plus.az" xəbər verir ki, qabonlu hücumçunun Fransada oynamaq şansı çoxdu. “Marsel” onunla şəxsi müqaviləsinin şərtlərini razılaşdırıb. Bu xəbəri yayan jurnalist Fabritsio Romano futbolçunun yeni klubu ilə 3 illik müddətə anlaşdığını da bildirib. “Marsel” rəhbərliyi artıq Obameyanqın məxsus olduğu “Çelsi” ilə danışıqlara başlayıb.