"Sumqayıt" "Sivasspor"a qarşı

22.07.2023 13:05 262
Ölkə futbolu
Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olan "Sumqayıt" bu gün yoxlama oyununu keçirəcək.

"Football-plus.az" xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi kollektiv "Sivasspor"la üz-üzə gələcək. Super Liqa təmsilçisi ilə qarşılaşma Bakı vaxtilə saat 18.00-da start götürəcək.

"Sumqayıt"ın Türkiyədə keçirəcəyi digər yoxlama oyunlarındakı rəqiblər açıqlanmayıb.