“Sumqayıt” “Sivasspor”la qarşılaşacaq

21.07.2023 12:16 251
Ölkə futbolu
Ərzurumda təlim-məşq toplanışında olan “Sumqayıt” sabah ilk yoxlama oyununu keçirəcək.

"Football-plus.az" klubun rəsmi saytına istinadən xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi komanda superliiqa təmsilçisi “Sivasspor”la üz-üzə gələcək.

“Yüksek İrtifa” məşq mərkəzinin stadionunda baş tutacaq qarşılaşmaya Bakı vaxtı ilə 18.00-da start veriləcək.

Qeyd edək ki, “Sivasspor” bundan əvvəlki görüşdə Azərbaycanın digər klubu “Səbail”lə bərabərə qalıb – 1:1.