“Sumqayıt”ın rəqibi müəyyənləşdi

16.07.2023 19:10 235
Premyer-liqa
Yeni mövsümə hazırlıqların ikinci mərhələsini Türkiyədə keçirəcək “Sumqayıt”ın yoldaşlıq oyunlarındakı rəqiblərindən biri məlum olub.

“Football-plus.az” xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi kollektiv “Sivasspor”la qarşılaşacaq. Bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.

Matç iyulun 23-də olacaq.