Həftəsonu İsveç çempionatında 14-cü turun oyunları keçirilib.
“Football-plus.az” xəbər verir ki, Musa Qurbanlının iyulun 5-də anlaşdığı “Yurqorden” “Vernamo” ilə səfər oyunundan qalib ayrılıb – 2:1.
Hesabı meydan sahibləri açıb, qonaqların heyətində isə 69-cu dəqiqədə Rasmus Şuller, 77-ci dəqiqədə Oliver Berq fərqlənib. Xalını 27-yə çatdıran “Yurqorden” 3-cü pillədəki “Hekken”dən 5 xal geridədi. Stokholm klubu iyulun 17-də liderlərdən “Malmö”nü qəbul edəcək.
Musanın məhz həmin oyunda yeni komandasının heyətində debüt edəcəyi gözlənilir.