İyulun 5-də “Yurqorden”lə üçillik müqavilə bağlayan Musa Qurbanlı dərhal də vətənə dönmüşdü. Burdakı işlərini bitirən gənc hücumçu bu gün Stokholma yollanıb.
“Football-plus.az” xəbər verir ki, onun iyulun 17-də keçiriləcək “Malmö” ilə oyunda iştirakı hələ də sual altındadı.
Söhbət heç də baş məşqçi Kim Berqstrandın Musaya güvənib-güvənməməsindən getmir. Düzdü, transfer İsveç Futbol İttifaqında qeydiyyatdan keçirilib. Ancaq bununla yanaşı, İsveçdə işləmək üçün icazə də tələb olunur ki, həmin sənədin bu gün hazır olacağı gözlənilir. Sənədləşmə işləri uzana, bazar ertəsinə də qala bilər.
Bir sözlə, bu gün üçün Musanın “Yurqorden”in heyətində meydana çıxmaq hüququ yoxdu.
Musa Qurbanlı Stokholma yollandı, amma debütü...
Manşet






