Ruslarla belarusların halına yanan yoxdu

21.07.2023 18:55 224
İdman
Yüngül Atletika Federasiyalarının Beynəlxalq Assosiasiyasının (World Athletics) avqustun 16-17-də Budapeştdə keçiriləcək konqresi rusiyalı və belaruslu idmançıların beynəlxalq turnirlərə dönüşü ilə bağlı məsələyə baxmaq niyyətində deyil.

“Football-plus.az” xəbər verir ki, qurumun mətbuat xidmətindən verilən açıqlamada deyilir ki, bu məsələyə işçi qrup baxacaq və lazımi vaxtda “World Athletics” şurasına tövsiyələrini çatdıracaq. Budapeşt konqresi çərçivəsində “World Athletics”in yeni rəhbəri də seçiləcək.

Rusiya və Belarusdan olan yüngül atletlər məlum səbəbdən ötən ilin martından bəri beynəlxalq yarışlardan uzaqlaşdırılıb. Elə həmin ilin noyabrında uzaqlaşdırma qərarının müddəti xüsusi bildirişə qədər artırılıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul