Bir neçə gün əvvəl finalda Novak Cokoviçi məğlub etməklə “Uimbldon” turnirinin qalibi olan Karlos Alkaras hər kəsin diqqət mərkəzindədi.
“Football-plus.az” xəbər verir ki, “Uimbldon”dakı qələbən kişi tennisində yeni eranın başladığı mənasına gəlirmi” sualına cavab verən ispan tennisçi bunları deyib:
“Mən belə düşünmürəm. Ona görə ki, Nadal və Cokoviç karyerasını davam etdirirsə, yeni era olmayacaq. Bir neçə ildən – onlar “təqaüdə çıxandan” sonra bu söhbətə qayıtmaq olar. İndi vaxtı deyil. Mən özüm və komandam üçün qələbə qazanmışam, yeni eraya başlamaq üçün yox. Nadal final ərəfəsində mənə mesaj yazdı, qələbə arzuladı. Finaldan sonra isə qələbə münasibəti ilə təbrik etdi. Yazmışdı ki, qələbənin həzzini yaşa, bu anlar sirli və təkrarolunmazdı”.