"Sabah"ın rəqibi bəlli oldu

20.07.2023 21:22 444
Manşet / Konfrans Liqası
Konfrans Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulur.

"Football-plus.az" xəbər verir ki, bu gün həmin raundun cavab matçları keçirilir. Təmsilçimiz "Sabah"ın potensial rəqibləri də üz-üzə gəlib. RFŞ (Latviya) "Makedoniya"nı (Şimali Makedoniya) qəbul edib. İlk oyunda 1:0 hesablı qələbə qazanan latviyalılar cavab görüşündə rəqibinə şans tanımayıb - 4:1.

Bununla da, RFŞ Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Sabah"ın rəqibi olub. Bu mərhələnin ilk qarşılaşması iyulun 27-də Latviyada, cavab matçı isə avqustun 3-də Bakıda keçiriləcək.