Azərbaycan klubları yeni mövsümə hazırlığı davam etdirir.
"Football-plus.az" xəbər verir ki, premyer-liqa təmsilçiləri transfer bazarında da olduqca fəaldı. Ölkə klublarına müxtəlif futbolçular təklif olunur. Bunlardan biri portuqaliyalı superulduz Luiş Nani olub. 36 yaşlı vinger "Sabah"a təklif olunub. Paytaxt təmsilçisi dünya ulduzu üçün illik 400 min avro maaş vermək ixtiyarında olub. Lakin Nanini təklif edən menecerlər 600 min avro istəyib. Məhz maliyyə səbəbindən razılıq əldə olunmayıb.
Sonradan Naniyə "Neftçi"yə keçmək təklif olunub. Ondan flaqmanın yeni çalışdırıcısı bəlli olana qədər gözləməsi istənilib. Lakin portuqaliyalı səbr etməyərək Türkiyəyə yollanıb. Dünya ulduzu "Adana Dəmirspor"la "1+1" illik müqavilə imzalayıb.
İLKİN SULTANLI